Baş Prokurorluq: Elşad Abdullayevin yaydığı sonuncu video görüntü cinayət işinin materiallarına əlavə olunub

Baş Prokurorluq: Elşad Abdullayevin yaydığı sonuncu video görüntü cinayət işinin materiallarına əlavə olunub
# 08 oktyabr 2012 11:29 (UTC +04:00)
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, son günlər Elşad Abdullayev tərəfindən internet resurslarda yayılmış video görüntülər cinayət işinin materiallarına əlavə olunub və bununla bağlı zəruri prosessual hərəkətlər həyata keçirilir.

Qeyd edək ki, ABU-nun sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev Gülər Əhmədova ilə söhbətin videoyazısının daha bir fraqmentini yayıb. “Azadlıq” qəzetinin veb səhifəsində yerləşdirilən video material bundan əvvəl yayımlanmış materialın montaj olunmuş hissəsidir. Video görüntülərdə Elşad Abdullayev, sabiq millət vəkili Gülər Əhmədova və Sevinc Babayevanın gizli kamera ilə çəkilmiş söhbəti əksini tapıb. O, müstəqil istintaq komissiyası yaradılacağı təqdirdə əlində olan bütün materialları KİV-ə yox, məhz həmin komissiyaya təqdim edəcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR