Şabranda vulkan püskürmə hadisəsi ilə bağlı aparılan araşdırmanın ilkin nəticələri açıqlanıb - YENİLƏNİB - VİDEO

Şabranda vulkan püskürmə hadisəsi ilə bağlı aparılan araşdırmanın ilkin nəticələri açıqlanıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 17 dekabr 2013 14:10 (UTC +04:00)

AMEA Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev APA-ya açıqlamasında bildirib ki, həmin ərazidə aparılan araşdırma nəticəsində məlum olub ki, orada baş verən hadisə vulkan püskürməsi hadisəsi deyil. Onun sözlərinə görə, həmin ərazidə uçqun olub, amma onun da sürüşmə və ya hansısa digər səbəbdən baş verməsi məlum deyil: “İşçilər həmin ərazidə şəkillər çəkib və sabah mən onlara baxandan sonra biləcəyəm ki, orada nə baş verib. Ancaq orada vulkan püskürməsi deyil, dağıntı olub. Gərək işçilərin mənə verəcəkləri məlumat və şəkillərə baxdıqdan sonra dəqiq həmin ərazidə nə baş verdiyini deyim”.

A. Əliyev qeyd edib ki, Şabran ərazisində müxtəlif palçıq vulkanları olsa da, hadisənin baş verdiyi ərazidə palçıq vulkanı yoxdur.

***

saat 10.40

Bakı. Könül Kamilqızı – APA. Bu gecə Azərbaycanın Şabran rayonu ərazisində vulkan püskürməsi baş verib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev APA-ya açıqlamasında bildirib ki, bu barədə onlara da məlumat daxil olub.

Onun sözlərinə görə, hazırda Geologiya İnstitutunun işçiləri həmin əraziyə göndərilib, ərazidə müvafiq araşdırmalar aparılacaq. A. Əliyev qeyd edib ki, hazırda vulkanın nə qədər ərazini əhatə etməsi, neçə saat davam etməsi barədə dəqiq məlumat yoxdur: “Sadəcə rayondan xəbər verilib ki, həmin ərazidə püskürmə olub. İndi aydınlaşdırmaq lazımdır ki, bu vulkan püskürməsidir, ya yox. Məlumatın düzgün və ya səhv olacağı araşdırmalardan sonra məlum olacaq. Hərdən əhali tərəfindən yanlış məlumatlar da bizə daxil olur. Ona görə də müvafiq araşdırmalar aparmaq lazımdır ki, həmin ərazidə baş verən palçıq vulkanı püskürməsidir, yoxsa başqa hadisədir. Hazırda tam məlumat yoxdur. Bütün araşdırmaları apardıqdan sonra hadisə barədə dəqiq məlumat vermək mümkün olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR