Göyçayda taksi sürücüsünün vurduğu piyada ölüb

Göyçayda taksi sürücüsünün vurduğu piyada ölüb
# 28 iyul 2016 08:56 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda avtomobilin vurduğu 23 yaşlı oğlan ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gün Göyçay şəhərinin M.Hüseynzadə küçəsində rayonun Mallı-Şıxlı kənd sakini Elsevər Xəlilova məxsus 20-CN-941 dövlət nömrə nişanlı “VAZ 2109” markalı minik avtomobili yolu keçən piyada, Ərəbşahverdi kənd sakini 1993-cü il təvəllüdlü Ağarəhimov Sənan Xanəhməd oğlunu vurub.

Ağır bədən xəsarətləri alan Sənan Ağarəhimov Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırlaşan gəncin müalicəsi üçün Bakıdan həkim dəvət edilib. Xəsarət alan şəxs gecə saatlarında xəstəxanada ölüb.

Hadisəni törədən taksi sürücüsü Elsevər Xəlilov saxlanılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR