Bakıda təcili yardıma bu həftə günvurma şikayəti ilə 4 nəfər müraciət edib

Bakıda təcili yardıma bu həftə günvurma şikayəti ilə 4 nəfər müraciət edib
# 11 avqust 2016 14:26 (UTC +04:00)


Bakı. Fərid Mirzəyev – APA. İyun ayından bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 51 nəfər müraciət edib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası baş həkiminin müavini İradə Əliyeva APA-ya bildirib ki, dünən günvurma ilə bağlı 1 müraciət daxil olub.

İ. Əliyeva bildirib ki, ümumilikdə bu həftə ərzində 4 nəfər günvurma şikayəti ilə təcili tibbi yardıma müraciət edib.

Onun sözlərinə görə, günvurma ilə bağlı müraciət edən 51 nəfərdən 11-i uşaq olub: “Günvurma diaqnozu ilə müraciət edənlərdən 17 nəfəri xəstəxanaya yerləşdirilib ki, onlardan 4 nəfəri uşaqdır”.

Baş həkimin müavini qeyd edib ki, günvurma ilə bağlı ölüm faktı qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR