İran XİN: “Suriya iqtidarının devrilməsinə icazə vermərik”

İran XİN: “Suriya iqtidarının devrilməsinə icazə vermərik”
# 30 may 2013 11:29 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Biz Suriya iqtidarının devrilməsinə icazə vermərik”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian bildirib.

Onun sözlərinə görə, İran Suriya xalqının yanındadır: “Bu baxımdan Suriya iqtidarının düşdüyünə şahid olmazsınız”.

H.Abdullahian həmçinin deyib ki, Türkiyənin Suriya ilə bağlı mövqeyini balanslaşdırmağa çalışdığını görür: “Türkiyədən yaxın gələcəkdə Suriya mövzusunda daha da balanslı mövqe nümayiş etdirməsini xahiş edirik”.

İran rəsmisi mayın 29-da Tehran şəhərində Suriya ilə bağlı “Siyasi həll yolu; regionun sabitliyi” devizi altında keçirilən birgünlük beynəlxalq konfransa da toxunub: “Bu konfransda Orta Şərq, ərəb, Asiya və Afrika ölkələrindən ibarət bir təmas qrupunun yaradılması və Suriya iqtidarı və müxalifəti arasında milli dialoqun başladılmasına zəmin hazırlanması üçün razılaşma əldə edildi. Bu qrupun ikinci vəzifəsi Suriyada qarşıdurmaların dayandırılması olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR