Allahşükür Paşazadə: “Azərbaycan prezidentinin uğurlu siyasətinə sığınıb, qorunmalıyıq”

Allahşükür Paşazadə: “Azərbaycan prezidentinin uğurlu siyasətinə sığınıb, qorunmalıyıq”
# 25 iyun 2014 12:35 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu dindarlarla görüş zamanı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, həmin qüvvələr Azərbaycanı iqtisadi, siyasi cəhətdən bölmək istəyirlər ki, burada əsas diqqəti dini zəminə yönəltməyə çalışırlar: “Bu qüvvələr indi aktiv olaraq mövcuddur”.

A. Paşazadənin fikrincə, bu gün bəzi insanlar var ki, həqiqi islamı inkişaf elətdirmək istəmirlər: “Bir qrup insanlar islam adı ilə elə işlər görürlər ki,
bəzi Avropa ölkələri də bunda iştirak edərək islama ləkə gətirmək istəyirlər. İslamı terror dini kimi təqdim edib ona qarşı mübarizə aparmağa hazırlaşırlar. Bunun fonunda bizim borcumuz dövlətçiliyimizi, dini vahidliyimizi, tolerantlığımızı qorumaqdır. Azərbaycan prezidentinin çox uğurlu siyasəti var. Ona sığınıb qorunmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR