Şəmkirdə “Volkswagen” qəzaya uğrayıb, sürücü xəsarət alıb

Şəmkirdə “Volkswagen” qəzaya uğrayıb, sürücü xəsarət alıb
# 14 avqust 2013 02:57 (UTC +04:00)

Bakı-APA. Şəmkirdə bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında istinadən verdiyi xəbərə görə, Şəmkir rayonunda, Bakı-Qazax yolunun 381-ci kilometrliyində “Volkswagen” markalı minik avtomobili yolun kənarındakı daşlara çırpılıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Nəticədə, avtomobil deformasiyaya uğrayıb, avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Əməliyyat saat 02:05-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR