Azərbaycan dağ yəhudiləri Holokost faciəsini qeyd ediblər

Azərbaycan dağ yəhudiləri Holokost faciəsini qeyd ediblər
# 27 yanvar 2014 07:43 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Dağ Yəhudiləri Dini İcması dünya yəhudilərinin faciəsi olan Holokost faciəsi qurbanlarını yad edib. İcmadan APA-ya verilən məlumata görə, anım günü soyqırım qurbanların xatirəsi üçün bir dəqiqəlik sükutla başlayıb.

Sonra Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev Holokost haqqında danışıb: “Holokost təkcə yəhudi xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş soyqırımdır. Soyqırım zamanı günahsız 6 milyon yəhudi amansızcasına qətlə yetirilib. Bu soyqırım dünya tarixində qara bir ləkə olaraq qalacaq”.

O qeyd edib ki, min illərdir yəhudilər Azərbaycanda yaşayır və bu vaxt ərzində heç bir vaxt antisemitizm olmayıb: “Bu gün müstəqil Azərbaycan dövləti həm öz inkişafı, həm də yüksək tolerantlığı ilə dünyanın diqqət mərkəzindədir”.

Soyqırım qurbanlarının xatirəsi üçün daualar oxunub, ehsan verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR