Ombudsman Aparatında Dövlət Bayrağı və Konstitusiya Günü münasibətilə yığıncaq keçirilib

Ombudsman Aparatında Dövlət Bayrağı və Konstitusiya Günü münasibətilə yığıncaq keçirilib
# 07 noyabr 2013 16:52 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Ombudsman Aparatında 9 noyabr – Dövlət Bayrağı Günü və 12 noyabr – Konstitusiya Günü münasibətilə yığıncaq keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncaqda Müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin əməkdaşları da iştirak ediblər.

Tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova Dövlət Bayrağı gününün qeyd olunmasının Azərbaycanda dövlət atributlarına diqqət və ehtiramın bariz nümunəsi olduğunu vurğulayıb. Habelə 12 noyabr 1995-ci hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş ilk Konstitusiyanın Azərbaycan tarixində yeni bir səhifə açdığını qeyd edib.

Yığıncaqda bir sıra məsələlər, pozulmuş hüquqların bərpası, vətəndaşların qəbulu, müraciətlərinin, ərizə və şikayətlərinin cavablandırılması, əhalinin hüquqi maarifləndirilməsi, o cümlədən perspektiv vəzifələr müzakirə olunmuş, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Toplantıda Ombudsman Aparatının əməkdaşlarına ixtisas dərəcələri verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR