Qazax sakini Gəncədə oğurluq edərkən yaxalanıb

Qazax sakini Gəncədə oğurluq edərkən yaxalanıb
# 12 iyun 2014 11:03 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncənin “Nəhəng Daş” ticarət mərkəzində oğurluğun qarşısı alınıb.

Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, polis baş serjantı Elşən Abbasov sözügedən ticarət mərkəzində xidmət apararkən naməlum şəxsin mərkəzdən qadın donları oğurlayaraq avtomobilinə yığdığını görüb.

Şübhəli kimi saxlanılan şəxsin kimliyi məlum olub. Bu, Qazax rayon sakini, 1976-cı il təvəllüdlü Nofəl Cəfərov olub. O əməlini etiraf edib. Oğurladığı donlar avtomobilindən götürülərək sahibinə verilib.

Faktla bağlı Gəncə şəhər Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR