Federal Miqrasiya Xidməti əcnəbilərin Rusiya ərazisində qalma müddətinin məhdudlaşdırılmasını dəstəkləyib

Federal Miqrasiya Xidməti əcnəbilərin Rusiya ərazisində qalma müddətinin məhdudlaşdırılmasını dəstəkləyib
# 28 noyabr 2013 10:05 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu “İnterfax”a açıqlamasında FMX-nin mətbuat katibi Zalina Kornilova deyib.

Onun sözlərinə görə, yeni dəyişikliklər Rusiyaya vizasız ölkələrdən gələn əcnəbilərə şamil olunacaq: “Qanun layihəsi qüvvəyə minərsə, onlar yarım il ərzində 90 gündən çox Rusiya ərazisində qala bilməyəcəklər. Bu müddət başa çatdıqdan sonra ölkədə qalma müddətini uzatmaq mümkünsüz olacaq. Biz analiz etmişik ki, hər onuncu əcnəbi Rusiya ərazisini bir-iki gün müddətinə tərk edir ki, yenidən geri qayıtsın”.

Qanun layihəsi Dövlət Dumasına “Vahid Rusiya” partiyasının deputatı Rizvan Qurbanov tərəfindən təqdim olunub. Sənədlə bağlı qeyddə bildirilir ki, gələcəkdə Rusiya ərazisində fasiləsiz qalma müddəti də məhdudlaşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR