Göyçayda yanğın olub

Göyçayda yanğın olub
# 16 aprel 2014 22:56 (UTC +04:00)

Bakı-APA. Ötən axşam Göyçay rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Aşağı Qaraməryəm kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin çardağı, tövlənin çardağına yığılmış 2,5 ton ot bağlaması və tövləyə bitişik ümumi sahəsi 20 kv.m olan talvarın yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 22:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR