Britaniya Lordlar Palatasının üzvü lord Peter Mendelson: “Azərbaycan yenidən tarix yaratmaq yolundadır” - MÜSAHİBƏ

Britaniya Lordlar Palatasının üzvü lord Peter Mendelson: “Azərbaycan yenidən tarix yaratmaq yolundadır” - <span style="color: red;">MÜSAHİBƏ
# 08 noyabr 2013 13:08 (UTC +04:00)

- Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr hansı səviyyədədir?


- Mən çox şadam ki, Azərbaycan və Böyük Britaniya arasında əlaqələr çox güclüdür. Bu artıq bir çox on illiklərdir davam edir. Mən buna sadə bir misal gətirmək istərdim. BP Azərbaycanda fəaliyyət göstərən əsas neft sənayesi şirkətlərindən biridir. Mən bununla çox fəxr edirəm. BP burada çox əla səviyyədə iş görür. Mən Azərbaycana səfər edərkən gördüm ki, onlar üçün yaradılmış şərait çox gözəl təşkil olunub və çox təmizdir. Bu Azərbaycan üçün böyük reklamdır. Ancaq biz indi mövcud münasibətlərimizlə kifayətlənməli deyilik, iki ölkə arasında qurulmuş münasibətləri inkişaf etdirməliyik. Buna görə də demək istəyirəm ki, Britaniya şirkətləri Azərbaycan iqtisadiyyatının növbəti inkişaf mərhələsində və diversifikasiyasında aktiv iştirak edirlər.

- Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu barədə nə düşünürsünüz?

- Azərbaycanın dünyanın bu hissəsi üçün neft paytaxtı kimi tanınır. Bir əsrdən çox bundan əvvəl Azərbaycan ilk dəfə neftçıxarmaya görə tarix yaradıb. Sözün əsl mənasında Azərbaycan yenidən tarix yaratmaq yolundadır. Artıq Azərbaycan dünyanın bu hissəsi üçün nəinki neft, həmçinin qaz paytaxtına çevrilir. Mən əminəm ki, yaxın vaxtlarda “Cənub” qaz dəhlizinin tikintisi ilə bu hadisə baş verəcək. Bu qaz nəqli sahəsində ən böyük infrastruktur, tikinti, mühəndis layihəsi olacaq. Mən düşünürəm ki, bu layihə Azərbaycanı ikinci dəfə xəritəyə çıxaracaq. Tək neft deyil, həmçinin də qaza görə. Bu layihə Avropa üçün həqiqətən də çox vacib bir layihədir. Çünki Avropa öz enerji təhlükəsizliyi üçün tamamilə möhkəm, münasib, stabil enerji tədarükünə ehtiyac duyur. Mən deyə bilərəm ki, Azərbaycan tikintisi başa çatdıqdan sonra “Cənub” qaz dəhizi bunu təmin edəcək.

- İki ölkə arasında enerji sahəsində əməkdaşlıq barədə nə deyə bilərsiniz. Avropaya qaz daşınmasını təmin edən əsas layihələr BP ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir…

- Mən hesab edirəm ki, Böyük Britaniya ilə Azərbaycanın enerji münasibətləri inkişaf edir, bunun tarixi var. Bu, ənənəvi münasibətlərin bir hissəsidir. BP-nin mövcudluğu Azərbaycan tərəfindən çox gözəl qarşılanır. Mən Bakıya gələndə danışdığım hər kəsdən bilirəm ki, BP çox sayğı ilə qarşılanır, öz növbəsində BP-nin Azərbaycana qarşı öhdəlikləri çox güclüdür və güclü olaraq qalır. Mən bunun danışdığım hər kəsdən öyrəndim. Ancaq iqtisadi və sosial əlaqələrin digər mənbələrini inkişaf etdirmək üçün bu işi bir tramplin kimi görməliyik. Mən istəyirəm ki, insanlar Britaniyadan bura və əksinə daha asan gələ bilsinlər. Mən bu istiqamətdə investisiyalar yatırımları görmək istəyirəm. Əminəm ki, yaxın onilliklərdə biz bunun həyata keçməsini görəcəyik.

- Bakı-Tiflis-Qars dəmiryolu xətti malların Çindən Londonadək daha ucuz qiymətə daşınmasını təmin edəcək. İpək Yolunun bərpasını nəzərdə tutan bu layihəni Böyük Britaniya necə dəyərləndirir?

- Mən Çini yaxşı tanıyıram. Çinə çox səfər etmişəm. Ötən illərdə mən Çinin qərbində Çanq Çinq deyilən yerdə elektrik stansiyası istehsalatı ilə tanış oldum. İnsanlarla söhbət edərkən onlardan soruşdum ki, siz istehsal etdiyiniz məhsulu hansı formada Avropaya çatdırırsınız? Onlar dedilər ki dəmir yolu ilə. Mən düşünürəm ki, hazırda dəmiryolu xətti Azərbaycanın şimalından Rusiya üzərindən gedir. Ancaq biz Çin mallarının Avropaya daşınması üçün yeni əlaqə, logistika mərkəzi, nəqliyyat xətti görmək istəyirik. Mən bunu çox maraqlı investisiya layihəsi hesab edirəm.

Bu müasir dövrün İpək yoludur. Əvvəlki əsrlərdə insanlar uzaq məsafələrdən malların daşınması üçün daha rahat, daha təhlükəsiz, ucuz və iqtisadi cəhətdən uyğun yol seçiblər. İndi həmin dövr deyil, çünki bizim daha çox, daha cəld nəqliyyat vasitələrimiz var. Ancaq hesab edirəm ki, ən yaxşı yolu tapmalıyıq. Biz indi görürük ki, Azərbaycan potensial şəkildə inkişaf edən logistik, nəqliyyat və kommersiya mərkəzidir. Şəhər, liman, mərkəz vasitəsi ilə mallar dünyanın daha böyük marketlərinə nəql edilə bilər. Bu, Azərbaycan iqtisadiyyatına yeni imkanlar açmış olar. Aydındır ki, neft və qaz Azərbaycanla Avropa arasında əsas əlaqə vasitələrindən biri olaraq qalır. Ancaq zaman keçir və görürük ki, Azərbaycan malların nəqlində logistika mərkəzi kimi nəzərdən keçilir. Bu Azərbaycana böyük iqtisadi üstünlük verir. Azərbaycan bunu özü təşkil edir, investisiya qoyur, yaxşı qiymət imkanları verir ki, dağınıq qərarları cəlb etsin. Hesab edirəm ki, bu xətt bu ölkə üçün başqa bir dönüş nöqtəsi olacaq.

- Birləşmiş Krallığın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir?

- Bu, artıq həlli çox uzanan bir münaqişədir. Dağlıq Qarabağ münaqişəsi dünya ölkələrinin, xüsusən Britaniyanın həllini istədiyi bir münaqişədir. Britaniyanın ölkələr arasında və konkret ölkədəki iki qrup arasında münaqişələr, məsələlərin həlli kimi problemləri var. Biz bu kimi münaqişələrin həllinin nəyə səbəb olduğu ilə tanışıq. Buna görə də artıq davam etməkdə olan prosesdə Minsk Qrupunun işini dəstəkləyirik. Biz istəyirik ki, proses real fürsətlərə, real imkanlara çıxarılsın. Lakin bu, hər iki prinsipial tərəfin öhdəliyini tələb edir. Ermənistan və Azərbaycan münaqişənin sülh yolu ilə ədalətli şəkildə həlli üçün bu öhdəliyi nümayiş etdirir.

- Britaniya parlamentində Dağlıq Qarabağ münaqişəsi və ya Xocalı soyqırımı ilə bağlı qətnamələrin qəbulu nəzərdə tutulurmu?

- Mən Britaniya parlamentinə təqdim olunan hər hansı təşəbbüsdən xəbərdar deyiləm. Ancaq fikrim budur ki, əsas məsələ mövqe göstərmək, tribunalara çıxmaq, böyük bəyanatlar vermək deyil. Əsas məsələ enerjinin sərf edilməsi, xoş niyyətimizin göstərilməsidir ki, biz həqiqətən dünyanın bu hissəsində olan insanlar üçün ağrılı şəkildə uzanmaqda olan münaqişənin həllini istəyirik.

- Böyuk Britaniyadakı "Policy Network" beyin mərkəzinin rəhbəri kimi Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının səbəbini nədə görürsünüz?

- Beyin mərkəzinin siyasi münaqişələrə bağlı mövqeyi yoxdur. Yəni ki, bu qurumun bu barədə nə isə demək siyasəti yoxdur. Ancaq mənim prezidentlik etdiyim beyin mərkəzi hesab edir ki, bu münaqişə vasitəçilik yolu ilə həll olunmalıdır. Vasitəçilik hər iki tərəfdən hörmətlə yanaşılmalıdır. Və bu öhdəliyə nail olmaqla biz münaqişəni geridə qoya bilərik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR