Moskvada 28 May Respublika Günü münasibətilə təntənəli mərasim keçirilib - FOTO

Moskvada 28 May Respublika Günü münasibətilə təntənəli mərasim keçirilib - <span style="color: red;">FOTO
# 29 may 2014 02:06 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi tərəfindən təşkil olunan mərasim paytaxtın "Avropa" Ticarət və Əyləncə Mərkəzində baş tutub.

Tədbirdə xarici ölkələrin Moskvada akkreditə olmuş səfirləri, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin, Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Dövlət Dumasının deputatları, universitet rektorları və Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təntənəli qəbula gələn qonaqları salamlayaraq, onlara dəvəti qəbul edib gəldiklərinə görə təşəkkürünü bildirib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən danışan səfir İslam Şərqində ilk demokratik respublikanın Azərbaycan Demokratik Respublikası olduğunu söyləyib: "96 il öncə Azərbaycan dövlətçiliyinin əsasları qoyulub, Şərqdə ilk demokratik respublika yaradılıb. Özünün qısamüddətli tarixinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın tarixində müstəsna rol oynayıb. Azərbaycan Sovetlər dövründə də hərtərəfli inkişaf edib. SSRİ-nin süqutundan sonra isə yeni müstəqil Azərbaycan dövlətinin memarı olmaq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin payına düşüb. Hazırki mərhələdə isə Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev tərəfindən əsası qoyulmuş həmin kursu uğurla davam etdirir və məhz bu kurs Azərbaycanın daha da inkişaf etməsinə və firəvan dövlətə çevrilməsinə xidmət edir”.

Polad Bülbüloğlu onu da bildirib ki, Rusiya ilə dostluq, qonşuluq və strateji tərəfdaşlıq münasibətləri Azərbaycan üçün xüsusilə önəmlidir və bu ölkəmizin xarici siyasətinin prioritetini təşkil edir.

Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin isə çıxışında Azərbaycan-Rusiya münasibətlərinin səviyyəsini yüksək qiymətləndirərək bu işdə də məhz Heydər Əliyevin xüsusi rolu və xidmətləri olduğunu qeyd edib. Nazir müavini Rusiya və Azərbaycan arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında" Müqavilənin 1997-ci ildə Heydər Əliyev tərəfindən imzalandığını xatırladıb. Onun fikrincə, məhz həmin müqavilə ilə ölkələrimiz arasında münasibətlərin ümumi maraqlara əsaslanmış yeni mərhələsinin başlanğıcı qoyulub: "Azərbaycan və Rusiya xalqlarının tarixi və mədəniyyət ənənələri bir-birinə möhkəm bağlıdır. Biz fəxr edə bilərik ki, Azərbaycan və Rusiya münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında ticarət-iqtisadi əlaqələr daim inkişaf edir. Ötən ilin nəticələrinə görə Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 3,5 mlrd. ABŞ dollarını aşıb. Biz bundan sonra da ticarət əlaqələrinin daha da inkişaf edəcəyinə ümid edirik. Azərbaycanın Rusiyanın ayri-ayrı regionları ilə də əlaqələri intensiv şəkildə inkişaf edir. Biz iyun ayında Azərbaycanın Qəbələ şəhərində keçiriləcək regionlararası forumdan da müsbət nəticələr gözləyirik".

Tədbir çərçivəsində Ümumrusiya Azərbaycan Konqresinin təsis etdiyi və hər il keçirilən Heydər Əliyev adına mükafatın təqdimetmə mərasimi də keçirilib. Bu il Heydər Əliyev adına mükafata Moskva Dövlət Beynəxlalq Münasibətlər İnstitutunun (MQİMO) rektoru Anatoliy Torkunov, Rusiya yəhudiləri icmaları Federasiyasının prezidenti, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin təsisçisi Aleksandr Boroda, “Veçernyaya Moskva” qəzetinin baş redaktoru Aleksandr Kupriyanov, Rusiya Teatr Xadimləri İttifaqının sədri Aleksandr Kalyagin, Qarabağ münaqişəsi haqqında bir çox kitabın müəllifi, SSRİ və Rusiya Yazıçılar Birliyinin üzvü, tarix elmləri doktoru, Sankt-Peterburq Mədəniyyət və İncəsənət Universitetinin professoru Yuriy Pompeyev layiq görülüblər.

Tədbir Azərbaycan və Rusiya incəsənət xadimlərimin konsert proqramı ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR