Cənubi Koreyanın İrandan xam neft idxalı iki dəfə artıb

Cənubi Koreyanın İrandan xam neft idxalı iki dəfə artıb
# 23 oktyabr 2013 11:28 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Cənubi Koreyanının bu ilin sentyabr ayında İrandan xam neft idxalı artıb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, rəsmi Seul sentyabr ayında Tehrandan gündəlik 137 467 barel xam neft alıb. Bu göstərici isə avqust ayı ilə müqayisədə 2 dəfə çoxdur. Xəbərdə həmçinin Cənubi Koreyanın bu ilin sentyabr ayında İrandan ümumilikdə 4,12 mln. barel xam neft idxal etdiyi, avqust ayında bu rəqəmin isə 1,97 mln. barel olduğu bildirilib.

Qeyd edək ki, rəsmi Seul ABŞ-ın İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyalar səbəbindən sığorta problemi ilə qarşılaşdığı üçün 2012-ci ilin avqust və sentyabr aylarında Tehrandan xam neft idxal edə bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR