DİN-in Təlim Mərkəzində kütləvi iğtişaşların qarşısının alınması və silahlı dəstələrin zərərsizləşdirilməsi üzrə təlim məşqi keçirilib

DİN-in Təlim Mərkəzində kütləvi iğtişaşların qarşısının alınması və silahlı dəstələrin zərərsizləşdirilməsi üzrə təlim məşqi keçirilib
# 03 may 2014 12:35 (UTC +04:00)

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Daxili Qoşunların, Çevik Polis Alayının, Bakı və Sumqayıt Baş Polis İdarələrinin, Baş Mühafizə İdarəsinin və Nazirliyin Xüsusi Təyinatlı “Aslanlar” bölüyünün təxminən iki min nəfərə yaxın əməkdaşının iştirak etdiyi təlimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Əvvəlcə nazir qeyd olunan təyinatlar üzrə istifadə edilən yeni texnikaya və xüsusi vasitələrə baxış keçirib. Sonra şəxsi heyətin nümunəvi çıxışları olub, müxtəlif istiqamətlərdə hüquqpozmaların qarşısının alınmasında əməkdaşların hazırlıq səviyyəsi nümayiş etdirilib.

Tədbirin gedişini izləyən nazir təlimin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədi daşıdığını qeyd edərək, şəxsi heyətin bu sahədə hazırlığını yüksək qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR