Yadigar Sadıqlının məhkəməsi təxirə salınıb

Yadigar Sadıqlının məhkəməsi təxirə salınıb
# 29 aprel 2014 09:11 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı – APA. Şirvan Apellyasiya Məhkəməsində Müsavat başqanının həbsdə olan müşaviri Yadigar Sadıqlının apellyasiya şikayəti əsasında bu günə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb.

APA-nın məlumatına görə, buna zərərçəkmiş şəxsin məhkəməyə gəlməməyi səbəb olub. Proses mayın 20-dək təxirə salınıb.

Qeyd edək ki, Y. Sadıqov ötən il iyunun 27-də Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanıb.

Rəşid Kərimov iyunun 25-də Lənkəranın Cavanşir küçəsindəki çayxananın qarşısından keçərkən Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü bildirib.

Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Y. Sadıqov 6 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR