Kambocada toyda törədilmiş partlayış nəticəsində 9 nəfər ölüb, 30 nəfər yaralanıb

Kambocada toyda törədilmiş partlayış nəticəsində 9 nəfər ölüb, 30 nəfər yaralanıb
# 26 yanvar 2014 04:58 (UTC +04:00)

Bakı-APA. Kambocada toy mərasimi zamanı naməlum şəxsin qonaqlara qumbara atması nəticəsində 9 nəfər ölüb, 30 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident ötən gün yerli vaxtla 21.30-da (18.30-da) Kamponqthom əyalətində baş verib.

Polisin məlumatına görə, faciəyə səbəb “məhəbbət üçbucağı” olub. Hadisəni törətməkdə şübhəli bilinən şəxs hələlik saxlanılmayıb. Faktla bağlı araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR