İran Avropaya “mavi yanacaq” ixracı üçün müzakirələrə başlayıb

İran Avropaya “mavi yanacaq” ixracı üçün müzakirələrə başlayıb
# 09 sentyabr 2013 07:47 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Son günlərdə İran qazının ixracı üçün Avropanın bir ölkəsi ilə müzakirələrə başlanılıb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu addım Asiyanın bəzi ölkələri ilə “mavi yanacaq” ixracı mövzusunda müqavilələr imzalandıqdan sonra atılıb.

Müzakirələrə əsasən, İran qazı Türkiyə torpağı və bir vasitəçi ölkə ilə Qərbi Avropa dövlətinə nəql olunacaq. Hələlik həmin Avropa ölkəsinin adı və həmin dövlətə ixrac olunacaq qazın həcmi açıqlanmayıb. Lakin bu ölkə ilkin müzakirələrdə İrandan gündəlik 20-25 milyon kubmetr “mavi yanacaq” almaq istədiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR