Paytaxtın Xəzər rayonunda yanğın olub

Paytaxtın Xəzər rayonunda yanğın olub
# 19 aprel 2014 20:11 (UTC +04:00)

Bakı-APA. Bakının Xəzər rayonunda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 30 kv.m olan hamamda baş verib. Nəticədə, tikilinin yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 20:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR