ABŞ dövlət katibi İranı Cenevrə danışıqlarına yeni təkliflərlə gəlməyə çağırıb

ABŞ dövlət katibi İranı Cenevrə danışıqlarına yeni təkliflərlə gəlməyə çağırıb
# 07 oktyabr 2013 08:44 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ dövlət katibi İranı gələn həftə rəsmi Tehranla “altılıq” ölkələri arasında Cenevrədə keçirilməsi planlaşdırılan nüvə müzakirələrinə yeni təkliflər paketi ilə gəlməyə çağırıb.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, Con Kerri İndoneziyada jurnalistlərə açıqlamasında bildirib ki, Cenevrə danışıqları Qazaxıstanda tərəflər, həmçinin ABŞ-da xarici işlər nazirləri səviyyəsində keçirilmiş nüvə müzakirələrinin davamıdır.

ABŞ dövlət katibi deyib ki, “altılıq” ölkələri Qazaxıstanda öz təkliflərini İrana təklif edib: “Ancaq biz rəsmi Tehranın bu təklifə cavab verəcəyinə inanmırıq. İndi nəticə etibarilə İrandan fərqli yanaşma gözləyirik. Biz hazırda İranın təkliflər paketini gözləyirik. Yəni rəsmi Tehranın nüvə proqramının tamamilə dinc məqsədlərə xidmət etdiyini açıq-aşkar göstərməlidir”.

C.Kerri həmçinin vurğulayıb ki, İranda keçirilmiş XI dövr prezident seçkilərinin bu ölkənin xarici siyasətində dəyişiklərə səbəb olmasını bir daha alqışlayır: “Biz inanırıq ki, sözlər deyil, əməllər fərqləri ortaya çıxarır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR