Bu gün Bakı, Lənkəran, Mingəçevir və Cəlilabadda qaz problemi olacaq

Bu gün Bakı, Lənkəran, Mingəçevir və Cəlilabadda qaz problemi olacaq
# 17 may 2013 09:29 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Bakının Xətai və Xəzər, həmçinin Mingəçevir şəhəri, Lənkəran və Cəlilabad rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. ARDNŞ-in «Azəriqaz» İB-dən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq mayın 17-də saat 10:00-dan 18:00-dək «Lənkəran» Qazpaylayıcı Stansiyasında, «Mingəçevir» Qazpaylayıcı Stansiyasından qidalanan «Yevlax kəndi» orta təzyiqli qaz kəmərində, «Buzovna 1-97» Qaztənzimləyici Məntəqəsindən Buzovna qəsəbəsinə gedən qaz kəmərində, saat 10:00-dan 17:00-dək «Xətai» orta təzyiqli qaz kəmərindən ayrılan UPD və NZS istiqamətində gedən 426 mm-lik orta təzyiqli qaz kəmərində, saat 09:00-dan 20:00-dək isə «Cəlilabad» Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Mingəçevir şəhərinin bir hissəsinə, Xətai rayonunun UPD və NZS adlanan yaşayış sahələrinə, Xəzər rayonunun Buzovna qəsəbəsinə, Cəlilabad və Lənkəran rayonlarının bütün yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR