Rusiya nüvə başlığı daşıya bilən qitələrarası raket silahını sınaqdan keçirib - FOTO

Rusiya nüvə başlığı daşıya bilən qitələrarası raket silahını sınaqdan keçirib - <span style="color: red;">FOTO
# 05 mart 2014 10:59 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya nüvə başlığı daşıya bilən qitələrarası raket silahını sınaqdan keçirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ukrayna ilə sərhəddən 450 km məsafədə yerləşən Həştərxan bölgəsindəki “Kapustin Yar” poliqonundan buraxılan qitələrarası raket Qazaxıstanda yerləşən “Sarı-Şaqan” poliqonundakı hədəfi vurub.

Dünən Moskva vaxtı ilə saat 22:10-da gerçəkləşən sınaq testində müasirləşdirilmiş yeni raket başlığının istifadə edildiyi bildirilib.

Raket silahının sınağı ilə bağlı açıqlama verən Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti və informasiya idarəsinin nümayəndəsi İqor Yeqorov sınağın uğurla keçdiyini və hədəfi vurduqlarını açıqlayıb.

Qeyd edək ki, Rusiya istehsalı RS-12M Topol-M raketi 10 min km məsafə uzaqlıqda yerləşən hədəfi vurur. Raket 550 kq nüvə başlığı daşımağa malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR