Azərbaycanda IPI indeksi artaraq müsbət zonaya keçib

Azərbaycanda IPI indeksi artaraq müsbət zonaya keçib
# 20 dekabr 2013 12:18 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalı indeksi (Industrial Production Index – IPI) 2013-cü ilin noyabr ayında 100,4% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks oktyabrla müqayisədə 2,8 faiz bəndi artıb:

Artımla yanaşı, indeks 100% həddini üstələyib ki, bu da aylıq müqayisədə istehsalatda baş verən müsbət dinamikadan xəbər verir. Belə ki, noyabrda istehsal edilmiş məhsulun dəyəri 2,754 mlrd. manat, oktyabrda isə 2,743 mlrd. manat təşkil edib.

Qeyd edək ki, IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə olan və faizlə ifadə olunan nisbətidir.

Ümumilikdə, yanvar-noyabr ayları ərzində Azərbaycanda sənaye istehsalının həcmi 30,792 mlrd. manata bərabər olub ki, bu da illik müqayisədə 1,7% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR