“Arşın mal alan” operettası Marionet Teatrının quruluşunda tamaşaya qoyulub

“Arşın mal alan” operettası Marionet Teatrının quruluşunda tamaşaya qoyulub
# 28 noyabr 2013 16:54 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Noyabrın 27-də “Arşın mal alan” operettası Kiçik Karvansarayda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Marionet Teatrının quruluşunda tamaşaya qoyulub. Teatrdan APA-ya verilən məlumata görə, 100 yaşlı “Arşın mal alan” komediyasının qəhrəmanlarını bu dəfə marionet kuklalar canlandırıb.

Tamaşanın rejissoru Tərlan Qorçu, aktyor heyəti A. Mustafayev, E. Mirzəyev, E. Abbaslı, Ş. Buksayev və R. Həsənovdur. Marionet tamaşası müğənni və aktyorların 1989-cu ildə lentə alınan ifaları ilə səsləndirilib. “Arşın mal alan”ın marionet qəhrəmanları Xuraman Qasımova, İlqar Muradov, Səyavuş Aslan, Zərnigar Atakişiyeva, Ramiz Məlikov, Məlahət Abbasova, Nuriyyə Əhmədova, Yasin Qarayev kimi sənətkarların səsiylə oxuyub-danışırlar.

Qeyd edək ki, Marionet Teatrı 2011-ci ildən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR