Viktor Yanukoviç və Ştefan Füle Ukraynada konstitusiya islahatını müzakirə ediblər

Viktor Yanukoviç və Ştefan Füle Ukraynada konstitusiya islahatını müzakirə ediblər
# 13 fevral 2014 21:53 (UTC +04:00)

Bakı-APA. Ukrayna prezidenti Viktor Yanukoviç və Avropa Birliyi komissarı Ştefan Füle konstitusiya islahatının keçirilməsinin perspektivlərini və AB-nin ölkəyə mümkün maliyyə yardımını müzakirə ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Görüş zamanı Ukraynada siyasi böhranın demokratik və dinc yolla həllinə dair məsələlər, konstitusiya islahatının keçirilməsinin perspektivləri, AB və beynəlxalq maliyyə təşkilatları tərəfindən ölkəyə iqtisadi-maliyyə yardımının göstərilməsi müzakirə olunub”, deyə açıqlamada bildirilir.

Prezident həmçinin hökumət, müxalifət və vətəndaş cəmiyyəti arasında etimadın bərpa olunmasının, habelə qanunvericiliyə əməl olunmasının vacibliyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR