Estoniya millisinin Bakıya gələcək heyəti açıqlandı

Estoniya millisinin Bakıya gələcək heyəti açıqlandı
# 26 dekabr 2013 12:24 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçulardan arasında dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibi Estoniya yığması yekun heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Peeter Vahtra ilk təlim-məşq toplanışında sonra Bakıya gətirəcəyi 12 nəfəri müəyyənləşdirib.


Belə ki, mütəxəssis bu gün start götürəcək hazırlığın sonuncu mərhələsində Elise Hollas, Maarja Kerner, Triin Kuusk, Keyu Pölluveer, Anna-Liisa Sutt və Krista Vahteri düşərgədən kənarlaşdırıb. O, yanvarın 3-5-də Bakıda keçiriləcək qrup oyunlarında Natalya Bratuhhina, Polina Bratuhhina, Anu Ennok, Mari-Liis Qraumann, Liis Kullerkann, Yuliya Mönnakmae, Kristel Mur, Elisa Peyt, Nette Peyt, Merilin Salben, Kadri Siro və Pille Vahtraya şans verəcəyini açıqlayıb.

Estonlar ölkəmizə gəlinədək Tallinndə məşq edəcəklər. Rəqibimiz hətta Belarus millisini də təlim-məşq toplanışına dəvət edib və onlarla 3 yoxlama görüşü də keçirəcək. Vahtra bildirib ki, bu qarşılaşmalar komandasına böyük fayda verəcək: “Belarus yığmasının heyətində təcrübəli voleybolçular yer alıb. Fikrimcə, onlarla oyunda gücümüzü biləcəyik və səhvlərimizi düzəldəcəyik”.

Qeyd edək ki, qrupumuzda Estoniya ilə yanaşı, Serbiya və İsrail yığmaları yer alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR