Azərbaycan ərazisində hava yağıntılı olacaq, bəzi rayonlarda qar yağacaq

Azərbaycan ərazisində hava yağıntılı olacaq, bəzi rayonlarda qar yağacaq
# 06 mart 2014 09:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Martın 7-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 5-8, günün birinci yarısında 10-14 dərəcə isti, axşama doğru 5 dərəcəyə yaxın isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 7-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə və gündüz 3-6 dərəcə isti olacaq, axşam 0 dərəcəyədək enəcək.

Tibbi meteoroloji proqnoza gəlincə, martın 7-də və 8-də Abşeron yarımadasında güclü xəzri küləyi və temperaturun əvvəlki günlə müqayisədə aşağı enməsi meteohəssas insanlar üçün diskomfort hissi yaratsa da, sonrakı 2 gün ərzində sabit hava şəraiti fonunda mülayim yaz havası əlverişli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR