Səfir: “ABŞ Azərbaycanın ÜTT-yə üzv olmasını tam şəkildə dəstəkləyir” - VİDEO

Səfir: “ABŞ Azərbaycanın ÜTT-yə üzv olmasını tam şəkildə dəstəkləyir” - <span style="color: red;">VİDEO
# 19 sentyabr 2013 13:05 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə USAİD-in “Azərbaycanda Rəqabət və Ticarət” layihəsinin tamamlanması ilə bağlı keçirilən tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib.

O, Azərbaycan hökumətinin ÜTT-yə üzv olmaq istiqamətində əldə etdiyi uğurları xüsusi qeyd edib: “Bu məqsədə nail olmaq üçün 30-dan çox qanunverici və inzibati prosedur layihələndirilib və təsdiqlənib”.

Azərbaycanın danışıqlarda göstərdiyi yeni enerjini dəstəklədiyi qeyd edən səfir ikitərəfli danışıqların yaxın zamanlarda bitməsinə ümid etdiyini vurğulayıb: “ÜTT-yə üzvlük qeyri-enerji sektorunun inkişafına çox böyük köməklik edər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR