Gəncədə bir nəfər söyüş üstündə güllələnib - VİDEO

Gəncədə bir nəfər söyüş üstündə güllələnib - <span style="color: red;">VİDEO
# 25 mart 2014 08:34 (UTC +04:00)

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə saat 23:00 radələrində şəhərin I mikrorayonu ərazisində baş verib. Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Murad Nəbiyev 16 kalibrli ov tüfəngi ilə əvvəlcə havaya, sonra isə şəhər sakini, tanışı 1989-cu il təvəllüdlü Vüqar Qələndərovun ayaqlarına atəş açıb. V.Qələndərov hər iki budun dəlib keçən güllə yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisəni törədən M.Nəbiyev saxlanılıb. O, ilkin ifadəsində V.Qələndərovun onun ailəsinə qarşı nalayiq sözlər işlətdiyinə görə, silaha əl atdığını bildirib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR