Arif Əsgərov: “Dəmir yolunun xüsusi mühafizə zonasında qeyri-qanuni tikilmiş 881 ev söküləcək” - VİDEO

Arif Əsgərov: “Dəmir yolunun xüsusi mühafizə zonasında qeyri-qanuni tikilmiş 881 ev söküləcək” - <span style="color: red;">VİDEO
# 12 oktyabr 2013 11:59 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. “Respublika üzrə dəmir yolunun təhkim zolağında 2840 qeyri-qanuni tikili var. Bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının və Nazirlər Kabinetinin qərarlarında nəzərdə tutulub ki, xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yolu obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır. Ona görə də həmin ərazilərdə qeyri-qanuni tikilələr söküləcək”.

APA-Economics”in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərov deyib.

Onun sözlərinə görə, qeyd edilən qeyri-qanuni tikililərdən 538-i qeyri, 2302-si isə yaşayış sahəsidir.


“Nəqliyyat Nazirliyinin müvafiq komissiyası 881 evin sökülməsini təxirəsalınmaz hesab edib. Son qərar isə Nazirlər Kabineti tərəfindən veriləcək”, - deyə A. Əsgərov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR