Elçin Əfəndiyev Monteneqro prezidenti ilə görüşüb

Elçin Əfəndiyev Monteneqro prezidenti ilə görüşüb
# 12 sentyabr 2013 12:18 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Monteneqro (Çernoqoriya) prezidenti Filipp Vuyanoviç Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyevi qəbul edib. APA-nın Monteneqro prezidentinin saytına istinadən verdiyi xəbərə görə, görüşdə F. Vuyanoviç Azərbaycan hökumətinə və prezidentinə Podqoritsa şəhərində kral parkının və Belo Pole şəhərində uşaq bağçasının rekonstruksiyasına maliyyə ayrılması ilə əlaqədar Azərbaycan hökumətinə və prezidentinə təşəkkür edib. O, Aralıq dənizində ən prestijli turizm komplekslərindən birinə çevrilməsi planlaşdırılan Kumbor şəhərinə ARDNŞ tərəfindən sərmayə qoyulmasından məmnunluğunu ifadə edib. Vuyanoviç iki ölkə arasında yaxşı münasibət qurulduğunu söyləyib və iqtisadi əməkdaşlığın inkişafına ümid etdiyini vurğulayıb.

E. Əfəndiyev isə Podqoritsadakı kral parkında Hüseyn Cavidə abidə qoyulmasına görə minnətdarlığını bildirib. O, dövlətlər arasında sıx dostluq münasibətlərinin daha da inkişafının zəruriliyi haqda fikirlərlə razılaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR