Samuxda 2 nəfər Kür çayına düşüb

Samuxda 2 nəfər Kür çayına düşüb
# 14 dekabr 2013 17:02 (UTC +04:00)

Bakı-APA. Samux rayonunda 2 nəfər Kür çayına düşüb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Samux rayonu Hacıallı kəndində Kür çayına 2 nəfərin düşməsi barədə məlumat daxil olub. FHN-in dalğıc-xilasediciləri tərəfindən həmin şəxslərin axtarışlarına başlanılıb. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR