İranın Azərbaycandakı səfiri: “Qərb və bəzi region ölkələri Suriyada döyüşən qüvvələrə dəstək verməkdən vaz keçməlidir”

İranın Azərbaycandakı səfiri: “Qərb və bəzi region ölkələri Suriyada döyüşən qüvvələrə dəstək verməkdən vaz keçməlidir”
# 11 fevral 2014 07:19 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib. Suriya ilə bağlı Cenevrə-2 çərçivəsində keçirilən danışıqlarını şərh edən səfir bildirib ki, bəzi ölkələr Suriyada döyüşən terrorçulara dəstəyi dayandırsa və onlara silah göndərməsə, konfransın uğurundan danışmaq mümkün olacaq.

Diplomat əlavə edib ki, İran Suriyada tərəflər arasında danışıqları dəstəkləyir: “Təəssüf ki, bəzi ölkələr Suriyaya terrorçular və silahlar göndərməklə bu prosesi zəiflətmək istəyirlər”.

M. Pak Ayin İranın Suriya hökuməti və BMT arasında Homs şəhərindən mülki əhalinin təxliyyəsi və şəhərə humanitar yardım göndərilməsi ilə bağlı razılaşmanı dəstəklədiyini vurğulayıb: “Biz əminik ki, regiondakı humanitar vəziyyət bundan sonra yaxşılaşacaq. Suriya xalqına humanitar yardım bundan sonra gücləndirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR