Hüquq müdafiəçiləri AXCP üzvü Kəmalə Bənənyarlı ilə görüşüblər - FOTO

Hüquq müdafiəçiləri AXCP üzvü Kəmalə Bənənyarlı ilə görüşüblər - <span style="color: red;">FOTO
# 17 may 2014 11:11 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların saxlanma yerində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E.Behbudov bildirib ki, orada saxlanılan AXCP üzvü Kəmalə Bənənyarlı ilə görüşüblər.

E.Behbudov bildirib ki, K.Bənənyarlı ilə təklikdə görüşüblər: “Biz ictimaiyyət nümayəndələrinin xahişi ilə Kəmalə Bənənyarlı ilə görüşdük. Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti olmadı. Bəzi mətbuat orqanlarında yazılır ki, guya ona yeməyə yalnız peçenye və çay verilir. Onun üçün nahar vaxtı görüşə getdik ki, bunun həqiqət olub-olmamasını araşdıraq. Bu məlumatlar həqiqəti əks etdirmir. Ona gündə üç dəfə isti yemək verilir. Saxalanma yerinə yemeklər Daxili İşlər Nazirliyi tərəfindən göndərilir.Oranın əməkdaşlarına verilən yemeklərdən saxlanılan şəxslərə də verilir. Görüş zamanı soruşdum ki, sizin xlor içib intihara cəhd etməyiniz barədə də yazılar yazılır. Lakin Kəmalə Bənənyarlı bu mövzuda danışmaq istəmədi. Bizimlə söhbətində onu da bildirdi ki, yanına yalnız mənim və ailə üzvlərinin buraxılmasını saxlanma yerinin rəhbərliyindən xahiş edib. Digər adamlarla görüşmək istəmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR