Azərbaycan parlamentinin spikeri Sankt-Peterburqda bir sıra ikitərəfli görüşlər keçirib

Azərbaycan parlamentinin spikeri Sankt-Peterburqda bir sıra ikitərəfli görüşlər keçirib
# 29 noyabr 2013 10:06 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. MDB Parlamentlərarası Assambleyasının Şura və 39-cu plenar iclaslarında iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bir sıra ikitərəfli görüşlər keçirib.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun APA-ya verdiyi məlumata görə, O.Əsədov Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, MDB Parlamentlərarası Assambleya Şurasının və Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının sədri Valentina Matvienko, Qazaxıstan Senatının sədri Kasımjomart Tokayev və bu ölkənin Parlament Məclisinin sədri Nurlan Niqmatulinlə görüşüb.

Keçirilən görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı fəaliyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Parlament rəhbərləri Azərbaycanda gedən sürətli inkişafı izlədiklərini və ölkəmizin bütün sahələrdə nümunəvi ölkə imici qazandığını vurğulayaraq, 9 oktyabrda keçirilən prezident seçkilərini yüksək qiymətləndirib, İlham Əliyevin böyük səs çoxluğu ilə yenidən prezident seçilməsi münasibətilə təbriklərini çatdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR