Cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb
# 21 aprel 2014 11:14 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş vasitənin keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, CM-in 120.1; 228.4 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Bəhruz Natiq oğlu Mehrəliyevin yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Arzu Natiq oğlu Həsənovun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman geyindiyi ayaqqabının uc hissəsində gizlədilmiş, sellofana bükülmüş, xalis çəkisi 15,610 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülüb.


Həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 181.3.1; 228.2.1 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Daşqın Novruzbəy oğlu Ağabalayevin yataq yerinə və üzərinə baxış keçirilən zaman yataq yerinin pəncərəsinin altında gizlədilmiş, daxilində “Cin” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR