Azərbaycanda gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 77 sahibkar cərimələnib

Azərbaycanda gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 77 sahibkar cərimələnib
# 16 sentyabr 2013 12:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu ilin avqust ayı ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 77 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən xəbərə görə, 13 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 12 iş istintaq orqanına verilib, 19 nəfər işdən müvəqqəti olaraq kənarlaşdırılıb.

Bu ilin avqust ayı ərzində şadlıq evlərindən 1900 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 29 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR