Türkiyə XİN: İranın Cenevrə konfransında iştirakı zəruridir

Türkiyə XİN: İranın Cenevrə konfransında iştirakı zəruridir
# 09 yanvar 2014 10:54 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranın bölgənin güclü və təsiredici ölkəsi olaraq Suriya böhranının həlli ilə bağlı İsveçrədə keçiriləcək beynəlxalq konfransda iştirakı zəruridir”. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Levent Gömrükçü deyib.

Onun sözlərinə görə, BMT, ABŞ və Rusiya Suriya böhranının həlli ilə bağlı beynəlxalq konfrans keçirməyə çalışır: “Hazırda İran və Türkiyə rəsmiləri Suriya mövzusunda sıx fikir mübadiləsi aparırlar”.

L. Gömrükçü deyib ki, Suriyada qarşıdurmaların dayandırılması və atəşkəsin elan edilməsi mövzusunda İran və Türkiyə arasında təmaslar sürür: “Hər iki tərəf xüsusilə Cenevrə konfransından əvvəl bunun reallaşması üçün sıx səy göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR