GRBS® Şirkətlər Qrupu dövlət şirkəti və qurumlarının əməkdaşları üçün “Layihələrin İdarə Edilməsi” adlı təlim kursu keçib

GRBS® Şirkətlər Qrupu dövlət şirkəti və qurumlarının əməkdaşları üçün “Layihələrin İdarə Edilməsi” adlı təlim kursu keçib
# 27 sentyabr 2013 14:56 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. GRBS® Beynəlxalq Tədris Mərkəzində dövlət əhəmiyyətli şirkət və dövlət qurumlarının işlərinin yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək üçün Təhsil Nazirliyi tərəfindən müəyyən olunan şirkət və dövlət qurumlarının strukturlarında kadr potensialının artırılması və müasirləşdirilməsi işinin icrasına başlanılıb.

Mərkəzdən “APA-Economics”ə verilən məlumata görə, Təhsil Nazirliyinin tövsiyəsinə əsasən seçilmiş şirkətlərin və dövlət qurumlarının (Səhiyyə Nazirliyi, “Azəryolservis” ASC, Nəqliyyat Nazirliyi, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC, “Azərsu” ASC, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Naxçıvan MR Ədliyyə Nazirliyi, Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Naxçıvan MR üzrə İdarəsi, Naxçıvan MR Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Naxçıvan MR Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutu, Naxçıvan Dövlət Universiteti, Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Naxçıvan MR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) əməkdaşları üçün nəzərdə tutulan “Layihələrin İdarə Edilməsi” təlim kursu Bakı və Naxçıvan şəhərlərində keçirilib.

Sentyabrın 2-6-da Bakı şəhərində və sentyabrın 9-13-də Naxçıvan şəhərində keçirilən təlimlərdə iştirakçılara layihələrin uğurla idarə edilməsi üzrə beynəlxalq səviyyədə qəbul olunmuş yanaşma və prosedurlar aşılanıb.

Qeyd edək ki, 2004-cü ildən başlayaraq layihələrin idarə edilməsi, biznes plan, büdcə sistemi, tim bildinq və digər peşə sahələrinin inkişafına dair yüksək keyfiyyətli təlim xidmətləri təqdim edən GRBS® Təhsil Nazirliyi tərəfindən keçirilən tenderdə qalib gələrək “Layihələrin idarə edilməsi” üzrə təlim kursunun təlim təchizatçısı seçilib. Bundan başqa, GRBS® 2010-cu ildən etibarən PMI®-ın (Project Management İnstitute) Azərbaycanda yeganə qeydiyyatlı (№ 3283) Təhsil Provayderi kimi fəaliyyət göstərir. Bununla da GRBS®-in təklif etdiyi “Layihələrin İdarə Edilməsi” təlimi öz sahəsinə görə dünyanın aparıcı təşkilatı olan “Layihə İdarəetmə İnstitutu”nun standartlarına tam cavab verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR