Nazir müavini: Növbəti 10 ildə İKT sektorunun həcminin 4,5 dəfə genişləndiriləcək

Nazir müavini: Növbəti 10 ildə İKT sektorunun həcminin 4,5 dəfə genişləndiriləcək
# 16 may 2014 15:33 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) birgə təşkilatçılığı ilə 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın hədəfləri: problemlər, vəzifələr və perspektivlər” elmi-praktiki konfransı keçirilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, İnformasiya Texnologiyaları İnstitutunda baş tutan tədbirdə dövlət rəsmiləri, ölkənin informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə aparıcı alim və mütəxəssisləri iştirak ediblər.

Konfransda rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”dan da söz açarkən, bildirib ki, sənədin əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, davamlı və dayanıqlı tərəqqinin təmin edilməsində iqtisadi sektor kimi İKT-nin rolunun artırılması, o cümlədən rəqabətədavamlı və ixracyönlü İKT sənayesinin qurulması, İKT-ni geniş tətbiq etməklə, biliklər iqtisadiyyatına keçidin təmin olunmasını reallaşdırmaqdır.

O qeyd edib ki, Milli Strategiya ilə qarşıya qoyulan məqsədlərə nail olmaq üçün növbəti 10 ildə İKT sektorunun həcminin 4-4,5 dəfə genişləndirilməsi, İKT-nin iqtisadi potensialının gücləndirilməsi, cəmiyyətin İKT ehtiyaclarının ödənilməsi tələb olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR