Azərbaycan keçmiş müstəntiqi beynəlxalq axtarışa verib

Azərbaycan keçmiş müstəntiqi beynəlxalq axtarışa verib
# 12 fevral 2014 12:53 (UTC +04:00)

Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, Binəqədi Rayon Prokurorluğunun sabiq əməkdaşı, 1958-ci il təvəllüdlü Qədirov Adil Rəsul oğlu Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

A. Qədirov Azərbaycanda olmadığından onun tutulması üçün İnterpola müraciət edilib.

Qeyd edək ki, A. Qədirov əvvəllər Binəqədi Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR