Suriyada “Əl-Nusra Cəbhəsi” liderinin öldürüldüyü barədə xəbər təkzib edilib

Suriyada “Əl-Nusra Cəbhəsi” liderinin öldürüldüyü barədə xəbər təkzib edilib
# 26 oktyabr 2013 07:38 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Suriyada “Əl-Qaidə” terror təşkilatına bağlı “Əl-Nusra Cəbhəsi” lideri Əbu Məhəmməd əl-Qolaninin öldürülməsi barədə yayılan xəbər təkzib edilib. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, “Əl-Nusra Cəbhəsi” əl-Qolaninin Latakiya əyalətində öldürülməsi barədə xəbərin yalan olduğunu bildirib.

Qeyd edək ki, Suriya Dövlət Televiziyası Əbu Məhəmməd əl-Qolaninin öldürüldüyü barədə xəbər yayıb. “Əl-Nusra Cəbhəsi” Suriyada Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan ən güclü və radikal silahlı qruplaşmalardan sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR