Gəncədə ana azyaşlı övladı ilə itkin düşüb

Gəncədə ana azyaşlı övladı ilə itkin düşüb
# 30 noyabr 2013 16:20 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər sakini 5 yaşlı övladı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 48 yaşlı Zahidə Əhmədova Polis İdarəsinə müraciət edərək bildirib ki, 24 yaşlı qızı Əsmər Nuriyeva azyaşlı övladı, 5 yaşlı Ləman Nuriyeva ilə evdən çıxıb və bir daha qayıtmayıb.

Faktla bağlı Kəpəz rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR