İran dünyanın böyük neft-qaz şirkətlərini əməkdaşlığa çağırıb

İran dünyanın böyük neft-qaz şirkətlərini əməkdaşlığa çağırıb
# 09 dekabr 2013 09:12 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran hökuməti dünyanın 7 böyük neft-qaz şirkətini əməkdaşlığa çağırıb.

APA-nın İSNA-ya istinadən məlumatına görə, İranın neft naziri Bijən Namdar Zəngənə bildirib ki, Fransadan “Total” və “Royal Dutch Shell”, İtaliyadan ENİ, Norveçdən “Statoil”, Böyük Britaniyadan BP və ABŞ-dan “Exxon Mobil” və “Conoco Phillips” şirkətlərini ölkənin neft və təbii qaz layihələrinin işlənməsi üçün layihələrə qoşulmağa dəvət ediblər.

Onun sözlərinə görə, ABŞ-ın neft-qaz şirkətlərinin İran neft və qaz sənayesində fəaliyyət göstərməsi üçün heç bir məhdudiyyət yoxdur.

Qeyd edək ki, İran Cenevrə razılaşmasından sonra ölkənin neft sənayesinə tətbiq olunmuş beynəlxalq sanksiyaların azalması ilə 2014-cü ildə gündəlik hasilatını 1,1 milyon barelə çatdırmağı qarşısına məqsəd qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR