Yevlaxda qətl törədilib

Yevlaxda qətl törədilib
# 27 sentyabr 2013 07:11 (UTC +04:00)

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Yevlax rayonu, Nizami küçəsi 243 ünvanında yaşayan, 19 yaşlı Vasif İbrahim oğlu Abdullayev naməlum şəraitdə bıçaqlanaraq qətlə yetirilib.

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR