Böyük Britaniyanın Birmingham Universitetinin nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub - FOTO

Böyük Britaniyanın Birmingham Universitetinin nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub - <span style="color: red;">FOTO
# 17 may 2013 12:27 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Birmingham Universitetinin bir qrup nümayəndəsi Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim və tələbə heyəti ilə görüş keçiriblər.

Məktəbdən “APA-Economics”Ə verilən məlumata görə, qonaqları ölkəmizdə və BANM-də görməkdən məmnunluq hissi keçirdiyini bildirən BANM rektoru E.Qasımov qeyd edib ki, Azərbaycan dünyada ilk neft çıxaran ölkədir ki, bu gün də neft-qaz və kimya sənayesi ölkə iqtisadiyyatının inkişafında əsas rol oynayır.

ARDNŞ-ın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi beynəlxalq layihələrdən söz açan E.Qasımov bildirib ki, yeni ali məktəbin yaradılmasında əsas məqsəd məhz bu layihələrdə işləyəcək müasir standartlara cavab verən yüksək ixtisaslı kadrlar hazırlanmasıdır.

Azərbaycana dəvət olunduqlarından məmnunluğunu ifadə edən Birmingham Universitetinin nümayəndəsi qeyd edib ki, BANM ilə müxtəlif sahələrdə əməkdaşlıq etməyə hazırdır. Tədbir çərçivəsində BANM və Birmingham Universitetinin tələbələri arasında beynəlxalq tələbə mübadiləsi, uğurlu karyera seçimi və inkişafı yolları, tələbə həyatı, mühəndislik peşəsi kimi mövzularda fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR