Heydər Əliyev Mərkəzi məktəblilər üçün yeni layihəyə start verib - FOTOSESSİYA

Heydər Əliyev Mərkəzi məktəblilər üçün yeni layihəyə start verib - <span style="color: red;">FOTOSESSİYA
# 16 sentyabr 2013 10:16 (UTC +04:00)

Mərkəzdən APA-ya verilən məlumata görə, layihə yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrlə, tarixi keçmişinə bağlı ruhda böyüməsinə, ölkə haqqında bilik və məlumatlarının artırılmasına, çağdaş dünya mədəniyyəti barədə təsəvvürünün formalaşmasına xidmət edir.

Layihəyə əsasən, məktəblilərin qrup şəklində Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunur.

Şagirdlər 3 saat ərzində Mərkəzin binası ilə tanış olur, Heydər Əliyev Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat alır, Mərkəzdəki sərgilərə baxır, müxtəlif oyun və müsabiqələrdə iştirak edirlər. Ekskursiya zamanı hər yaş qrupu üzrə fərqli interaktiv təlim proqramı təşkil olunur, həmçinin onlara ekskursiyadan xatirə kimi hədiyyələr təqdim edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR