İsrail XİN: Azərbaycana silah satışı dayandırılmayıb

İsrail XİN: Azərbaycana silah satışı dayandırılmayıb
# 13 noyabr 2013 08:56 (UTC +04:00)

APA-nın “İzRus”a istinadən xəbərinə görə, XİN-in mətbuat katibi İqal Palmor ötən il 1,5 mlrd. dollar dəyərində silah satışı barədə Azərbaycanla imzalanmış sazişin qüvvədə olduğunu bildirib: “Sazişin dayandırılması ilə bağlı Rusiyadan bizə heç bir müraciət daxil olmayıb”.

Qeyd edək ki, İsveçrə mətbuatı Rusiyanın regionda qüvvələr balansının dəyişdirilməsinə yol verməmək üçün Azərbaycanla imzalanmış silah satışına dair müqavilənin dayandırılması haqqında İsrailə müraciət etdiyini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR