Barrozo: “Kiyevin soyuq küçələrində gənc insanlar Avropa üçün yeni povest yazır, biz onların tərəfindəyik”

Barrozo: “Kiyevin soyuq küçələrində gənc insanlar Avropa üçün yeni povest yazır, biz onların tərəfindəyik”
# 09 dekabr 2013 12:38 (UTC +04:00)

APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının sədri Joze Manuel Barrozo deyib. “Ukraynaya baxın. Ukrayna küçələrində dondurucu soyuqda mübarizə aparan gənc insanlar Avropa üçün yeni povest yazır”, deyə o, İtaliyanın Milan şəhərindəki çıxışı zamanı söyləyib.

J. M. Barrozonun sözləri sürəkli alqışlarla qarşılanıb. O, sözünə davam edib: “Kiyevin soyuq küçələrində əllərində Avropa Birliyi bayrağı tutan, bu bayraq uğrunda mübarizə aparan qadınlar və kişilər həm də Ukrayna və öz gələcəkləri üçün mübarizə aparırlar. Ona görə ki, Avropa təkcə iqtisadi inkişaf mənasında imkanlar açmır, o insanlar Polşada, Balkan ölkələrində nələrin baş verdiyini gördülər. Avropa ümid və azadlıq vəd edir!”

J. M. Barrozo bəyan edib ki, Avropa Birliyi bu çətin məqamda Ukrayna xalqının tərəfində olmaq hüququna və öhdəliyinə malikdir. O, Avropaya inteqrasiyanın yalnız Ukraynanın Qərb hissəsində dəstəkləndiyi haqda fikirlərin doğru olmadığını da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR